Qərbi Gürcüstanda qanunsuz meşə qırımı ilə bağlı xüsusi əməliyyat keçirilib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Qərbi Gürcüstan Regional Prokurorluğu ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində iki nəfəri məsuliyyətə cəlb edib.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslərdən biri 2025-2026-cı illər ərzində Tercola bələdiyyəsinin Naxşirğele kəndi yaxınlığındakı dövlət meşə fondu ərazisində müvafiq icazə olmadan 34 ədəd cökə və 13 ədəd iynəyarpaqlı ağacı qanunsuz olaraq kəsib. Müəyyən edilib ki, həmin ağac materialları emal olunmaq üçün şəxsi yaşayış evinin yaxınlığına daşınıb.
Məlumata görə, 2026-cı il martın 28-də digər təqsirləndirilən şəxs qeydiyyatsız mobil mişar qurğusundan istifadə etməklə qanunsuz kəsilmiş ağacların emalı və taxta hazırlanması prosesini həyata keçirərkən İstintaq Xidmətinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 192, 287¹ və 303-cü maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda cinayət sxemində iştirakı ehtimal olunan digər şəxslərin müəyyən edilməsi istiqamətində aktiv istintaq hərəkətləri davam etdirilir.