Polşada 23 yaşlı gürcüstanlı gənc göldə boğularaq öldü
Polşada gənc Gürcüstan vətəndaşının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. 23 yaşlı gənc göldə boğularaq həyatını itirib.
XEBER.GE xəbər verir ki, bu barədə məlumatı "Marneuli News" regional portalı yayıb. Məlumata görə, dünyasını dəyişən gənc Batumi sakini olub.
Onun Polşanın Jari şəhərinə qonşu ölkədən işləmək məqsədilə getdiyi bildirilir. Hadisənin dəqiq hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.