Gürcüstanda şəxsi həyatın toxunulmazlığını pozan şəxs saxlanılıb

Apr 7, 2026 - 19:57
 0  22
Gürcüstanda şəxsi həyatın toxunulmazlığını pozan şəxs saxlanılıb

Gürcüstan Prokurorluğu şəxsi həyatın gizliliyini pozma faktı ilə bağlı bir nəfərin saxlanılması barədə məlumat yayıb.

Xeber.ge xeber  verir ki, əməliyyat Sameqrelo-Zemo Svaneti Regional Prokurorluğu tərəfindən həyata keçirilib.

  İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişə məxsus şəxsi həyatın sirri hesab olunan foto və video materialları qanunsuz olaraq əldə edib, onları saxlayıb və yayıb.

  Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci (prim) maddəsinin birinci hissəsi (Şəxsi həyatın gizliliyinin qanunsuz saxlanılması və yayılması) ilə ittiham irəli sürüləcək. Bu maddə üzrə təqsirli bilinən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

  Prokurorluq yaxın vaxtlarda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.