Paşinyan futbola görə Gürcüstana gəldi

Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gedib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, Paşinyan Tiflisdə Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
İki ölkə lideri futbol üzrə Gürcüstan və Ermənistan yığmaları arasında keçiriləcək görüşə baxacaqlar.
mənbə: axar.az