Zuqdididə Günlərdir axtarılan 28 yaşlı hərbçi ölü tapıldı
Zuqdididə 28 yaşlı Daniel Şervaşidzenin meyiti tapılıb.
XERER.GE xeber verir ki, acı xəbər sosial şəbəkələrdə yayılıb.
Onu iyulun 22-dən axtarırdılar.
"Bu həyat nə qədər ədalətsizdir... Dani, bu nə iş idi gördün... Allah ruhunu şad eləsin. Hər birimizin qəlbini çox göynətdin, qardaşım... Həmişə qəlbimizdə olacaqsan", — deyə yaxınlarından biri yazır.
O, Kutaisiyə getməyi planlaşdırırdı, evdən çıxdıqdan sonra Şervaşidzenin yeri son olaraq Zuqdidinin mərkəzində qeydə alınmışdı.
Mərhumun cəsədi ekspertizaya aparılıb. Digər təfərrüatlar məlum deyil.