Tbilisi və regionlarda qeyri-qanuni odlu silahlar və sursat aşkarlanıb, 18 nəfər saxlanılıb– video

Mar 23, 2025 - 15:51
 0  45

Son dövrlərdə aparılan istintaq tədbirləri nəticəsində ölkənin paytaxtı Tbilisi və regionlarında qeyri-qanuni odlu silahlar və döyüş sursatı aşkarlanaraq müsadirə olunub. Faktla bağlı 18 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirliyin yaydığı məlumata əsasən, saxlanılan şəxslər odlu silah və sursatın qanunsuz əldə olunması, saxlanması, daşınması və ölkəyə qanun pozuntusu ilə gətirilməsi ilə əlaqədar məsuliyyətə cəlb olunublar. Onlar aşağıdakılardır: 1979-cu il təvəllüdlü G.Ç., 1984-cü il təvəllüdlü C.C., 1965-ci il təvəllüdlü M.K., 1995-ci il təvəllüdlü R.D., 1984-cü il təvəllüdlü V.Ts., 1982-ci il təvəllüdlü R.R., 1965-ci il təvəllüdlü T.J., 1996-cı il təvəllüdlü T.P. və əvvəllər məhkum olunmuş şəxslər: 1975-ci il təvəllüdlü V.Ş., 1993-cü il təvəllüdlü B.G., 1986-cı il təvəllüdlü M.A., 1992-ci il təvəllüdlü R.D., 1990-cı il təvəllüdlü İ.İ., 1985-ci il təvəllüdlü K.X., 1984-cü il təvəllüdlü B.K., 1989-cu il təvəllüdlü E.B., 2005-ci il təvəllüdlü N.Ç. və 1979-cu il təvəllüdlü Z.G.

Qeyd edilən cinayət əməllərinə görə təqsirləndirilən şəxsləri 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

DİN bildirir ki, saxlanılan şəxslərin üzərində, yaşadıqları evlərdə və avtomobillərində axtarış aparılıb, nəticədə müxtəlif növ odlu silahlar və sursat – avtomatlar, tapançalar, revolverlər, əl qumbaraları, daraqlar, çox sayda güllə və səssöndürən aşkar edilərək maddi sübut kimi götürülüb.

Bundan əlavə, bir neçə şəxsdən narkotik vasitələr – “alfa-PVP” və marixuana da aşkarlanıb.

Faktlarla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 214-cü, 260-cı və 273-cü prima maddələri üzrə aparılır.

mənbə: interpress