Ozurgetidə silahlı hücum və qarşılıqlı atışma
"Guriis moambi" nəşrinin məlumatına görə, iki gün əvvəl Ozurgetidə, Azadlıq küçəsində yerləşən Dumbadzelərin yaşayış evinə silahlı hücum olub.
XEBER.GE xeber verir ki, hadisə nəticəsində Kaxa Dumbadze adlı vətəndaş yüngül xəsarət alıb.
Yaralı sonradan Ozurgetinin "Medalfa" klinikasına yerləşdirilib. Onun səhhəti üçün hazırda heç bir təhlükə yoxdur.
"Srağagün, təxminən saat 12-də Kaxa Dumbadze adlı vətəndaş klinikamıza gətirildi. O, klinikada 10-15 dəqiqə qaldı, ona yardım göstərildi və bundan sonra Ozurqeti polisi onu klinikadan apardı. Onun təpə nahiyəsində çox kiçik ölçülü zədə qeydə alınmışdı, bəlkə də buna yara deyil, daha çox zədə demək olardı", – deyə Ozurqeti "Medalfa" klinikasından "Guriis moambi" redaksiyasına bildiriblər.
Şahidlərin məlumatına görə, insident zamanı bir neçə dəqiqə davam edən qarşılıqlı atışma baş verib. Nəşrin yazdığına görə, hücum zamanı evdə yüngül yaralanandan başqa ailənin digər üzvləri də olub.
Hələlik silahlı hücuma səbəbin nə olduğu məlum deyil. DİN hələ ki, baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.