Ozurgetidə avtomobil partladılıb, yaralı var
Gürcüstanda avtomobil partladılıb: "Cumata" ləqəbli şəxs ağır yaralanıb
Gürcüstanın Quriya bölgəsinin Ozurqeti şəhərində avtomobilin partladılması nəticəsində bir nəfər ağır xəsarət alıb.
Xeber.ge xeber verir ki,
Məlumata əsasən, partlayış Cinçaradze öz şəxsi avtomobilinə əyləşdiyi an baş verib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti barədə hələlik rəsmi məlumat verilmir.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə istintaq başladılıb. Hazırda hadisə yerində ekspert-kriminalistlər işləyir və zəruri istintaq tədbirləri həyata keçirilir.