Orta yaşlı kişi çayda boğularaq ölüb

Gürcüstanın Qurcaani bələdiyyəsinin Kardenaxi kəndində Alazan çayında orta yaşlı bir kişi boğulub.
Hadisə dünən günorta saatlarında baş verib.
Yerli sakinlərin məlumatına görə, kişi çayın yaxınlığında dostları ilə birlikdə olub, suya girib və ehtimal olunur ki, güclü axın onu aparıb.
Hadisə yerinə polis və xilasedici qruplar çağırılıb. Meyit Qurcaanidəki Səmxarauli Milli Ekspertiza Bürosuna aparılıb.
Faktla bağlı araşdırma başlanıb.
mənbə: interpress