Ağır yol qəzası: iki nəfər həyatını itirdi

Jul 14, 2025 - 12:21
 0  67
Ağır yol qəzası: iki nəfər həyatını itirdi
: :
playing

Kutaisidə baş vermiş ağır yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub.

Şahidlərin verdiyi məlumata görə, hadisə Gənclik prospektində gecə saatlarında baş verib – iki minik avtomobili dayanmış yük maşınına çırpılıb.

Toqquşma nəticəsində hər iki minik avtomobilinin sürücüsü hadisə yerindəcə həlak olub.

Bütün gecə ərzində hadisə yerində polis əməkdaşları çalışıb və istintaq hərəkətləri aparılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı araşdırma başlanıb.

mənbə: interpress