Müayinəni rədd edən hərbi çağırışçıya pul cəzası kəsiləcək

Nov 10, 2025 - 20:30
 0  46
Müayinəni rədd edən hərbi çağırışçıya pul cəzası kəsiləcək

Gürcüstanda hərbi xidmətə çağırılanların tibbi yoxlamadan imtinasına görə 1 000 lari cərimə tətbiq olunacaq

Xeber.ge xeber  verir ki, məcəlləyə əsasən, çağırılan şəxs komissiyaya təqdim olunmadığı və ya tibbi ekspertizadan keçməkdən yayınacağı halda, məsələ məhkəməyə göndəriləcək.

Qurumun açıqlamasına görə, dəyişikliklər çağırışçıların mütəmadi tibbi ekspertiza komissiyasına gəlməməsi və əlavə müayinələrdən yayınmasının qarşısını almağa yönəlib.