Marneulidə yük maşını və minik avtomobili toqquşub
Marneulidə yol-nəqliyyat hadisəsi baş verib. Bir-biri ilə yük maşını və minik avtomobili toqquşub, nəticəsində 1 nəfər həlak olub.
XEBER.GE xeber verir ki, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır ki, bu da nəqliyyat hərəkəti və ya istismarı təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdə tutur.