Marneulidə zəncirvari qəza oldu

Dec 28, 2024 - 20:45
Dec 28, 2024 - 20:46
 0  95
Marneulidə zəncirvari qəza oldu

Marneuli rayonunun 26 May küçəsində zəncirvari avtomobil qəzası qeydə alınıb.

Hadisə zamanı Honda markalı avtomobil dönmə əməliyyatı həyata keçirərkən Toyota Prius markalı avtomobilə çırpılıb.

Nəticədə Toyota Prius Marneuli-Qızılhacılı istiqamətində sərnişin daşıyan mikroavtobusa dəyib.

Qəzada xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin hər üç nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.

mənbə: interpress