Luvrda soyğun törədən şəxs sosial media fenomeni imiş
Oktyabrın 19-da Fransanın paytaxtı Parisdəki Luvr Muzeyində baş verən soyğunla bağlı yeni detallar üzə çıxıb.
Xeber.ge xeber verir ki,
Məlumata görə, saxlanılan şəxs motosikletlərə və sosial media paylaşımlarına marağı ilə tanınan 39 yaşlı Abdoulaye N.-dir. O, soyğundan altı gün sonra evində tutulub. Abdoulaye “YouTube” və “TikTok” platformalarında “Doudou Cross Bitume” adı ilə videolar paylaşırmış.
Araşdırmalar göstərib ki, o, videolarında nümayiş etdirdiyi motosikletini Luvrdakı soyğun zamanı da istifadə edib. Qonşuları onu “yardımsevər və nəzakətli insan” kimi təsvir etsələr də, məlum olub ki, Abdoulaye daha əvvəl zərgərlik mağazasına edilən soyğunçuluqda iştirakına görə üç il həbs cəzası çəkib.
mənbə: publika.az