Lilo qəsəbəsində bıçaqlama – keçmiş həyat yoldaşına 11 xəsarət yetirib

Nov 11, 2025 - 15:37
 0  24
Lilo qəsəbəsində bıçaqlama – keçmiş həyat yoldaşına 11 xəsarət yetirib

Həbsdən vaxtından əvvəl azad edilmiş şəxs keçmiş həyat yoldaşına bıçaqla 11 bədən xəsarəti yetirib və hadisə yerindən qaçıb.

Xeber.ge xəbər verir ki, “Pirvelis”ə verilən məlumata görə, polis 30 yaşlı Davit Zurabişvilini axtarır.

Hadisə qadının işlədiyi kiçik mağazada baş verib. 

Mövcud məlumata görə, şəxs mağazaya daxil olub və qadına hücum edib.
Məlumatda deyilir ki, yaralanmış qadına hücum edən şəxs hadisə yerini ictimai nəqliyyatla tərk edib.
Hadisə yerində istintaq tədbirləri aparılıb və video görüntülər götürülüb.
Güman edilən hücumçu əvvəllər həyat yoldaşına qarşı zorakılıq ittihamı ilə həbs olunmuş və ona 4 ilədək həbs cəzası verilmişdi.

 Lakin o, bu il avqustun 12-də vaxtından əvvəl, elektron qolbaqla azad edilib.
Hadisə ilə bağlı istintaq iki maddə üzrə – qəsdən adam öldürməyə cəhd və təqib – başlanıb