Kesaria Abramidzenin qətlində ittiham olunan şəxs ömürlük həbs cəzasına məhkum edilib

Apr 16, 2025 - 14:23
 0  35
Kesaria Abramidzenin qətlində ittiham olunan şəxs ömürlük həbs cəzasına məhkum edilib

Transgender qadın Kesaria Abramidzenin qətlində ittiham olunan Beka Caiani ona qarşı irəli sürülmüş bütün ittihamlar üzrə təqsirli bilinib və ömürlük həbs cəzası alıb.


Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Qalustaşvilinin 2025-ci il 16 aprel tarixində elan etdiyi qərara əsasən, Beka Caiani aşağıdakı ittihamlarla təqsirli bilinib:
• Cinsə görə və xüsusi qəddarlıqla törədilmiş qətl (ağırlaşdırıcı hallar);
Gender kimliyi səbəbilə nifrət motivi ilə sistemli şəkildə döymə və fiziki zorakılıq.

Məhkəmə iclasında Beka Caiani iştirak etməyib. Hakimin məlumatına görə, o, “psixo-emosional vəziyyətinə görə” iclasa qatılmaqdan imtina edib.
O, yalnız qətl faktını qismən etiraf edib, lakin ağırlaşdırıcı halları qəbul etməyib. Müdafiə vəkili Qiorqi Mdinaradze bildirib ki, müdafiə tərəfi qərarı apellyasiya məhkəməsinə şikayət edəcək. İşin təfərrüatları:
• Kesaria Abramidzenin cəsədi 2024-cü il 18 sentyabrda Tbilisidə, Avtandil küçəsi N8-də yerləşən mənzilində tapılıb. O, 36 yaşında idi.
• Məhkəmə-tibbi ekspertizasına əsasən, qadın çoxsaylı bıçaq zərbələri nəticəsində qan itkisindən ölüb.
• 26 yaşlı Beka Caiani hadisədən 6 saat sonra Kutaisi hava limanı yaxınlığında saxlanılıb.

Prokurorluğun və məhkəmənin təsdiq etdiyi məlumatlara əsasən o, qətldən sonra hadisə yerindən qaçmağa, ölkəni tərk etməyə cəhd edib və dəlilləri məhv etməyə çalışıb (qanlı paltarını atıb, yuyunub, hadisə yerini təmizləyib, telefonunu gizlədib).

Beka Caiani daha öncə də Kesaria Abramidzeyə qarşı fiziki və psixoloji zorakılıq tətbiq edib.

Bu, Gürcüstanda gender motivli nifrət zəminində törədilmiş cinayətə görə hökm çıxarılan son işlərdən biridir. Prokurorluq bu işə məhz bu əsasla hüquqi qiymət verib və məhkəmə bu səbəbi də nəzərə alaraq qərar çıxarıb.

Qeydək edək ki, “Gürcü Arzusu” partiyası ölkənin qanunvericiliyindən “gender” sözünü tamamilə çıxarmağa yönəlmiş qanun layihəsini ilk oxunuşda təsdiqləyib.

mənbə: marneulifm