Gürcüstan Dəmir Yolu Pasxa bayramı üçün reysləri artırır

Gürcüstan Dəmir Yolu Pasxa bayramı münasibətilə əlavə reyslər təyin edir.
Dəmir Yolunun məlumatına görə, 18 və 19 aprel tarixlərində Tbilisi-Batumi-Tbilisi istiqamətində əlavə qatar reysləri həyata keçiriləcək.
Əlavə reyslər Tbilisi-Batumi istiqamətində 18-19 aprel tarixlərində aşağıdakı cədvəl üzrə təyin olunub:
Tbilisidən çıxış – saat 10:35, Batumiyə çatma – saat 16:10.
Batumidən çıxış – saat 18:30, Tbilisiyə çatma – saat 23:47.
Biletləri sürətli ödəniş terminalları, Gürcüstan Dəmir Yolunun kassaları və onun tərəfdaş şirkətləri vasitəsilə əldə etmək mümkündür.
mənbə: marneulifm