Kaxa Kaladzenin qərargahının yaxınlığında etiraz aksiyası keçirilir

Sep 9, 2025 - 21:12
 0  12
Kaxa Kaladzenin qərargahının yaxınlığında etiraz aksiyası keçirilir

Filarmoniyanın yaxınlığında toplaşan vətəndaşlar "Gürcü arzusu"nun Tbilisi merliyinə namizədi Kaxa Kaladzenin seçki qərargahına doğru yürüş ediblər.

Etirazçılar qərargahın yaxınlığında qoyulmuş dəmir baryerləri söküblər. 

Etirazçılar "Ruslar, ruslar!" şüarları səsləndirirlər.

Etiraz iştirakçıları qərargahın içərisində “Gürcü arzusu” tərəfdarlarını gördükdən sonra ərazidə vəziyyət gərginləşib.

Etirazçılar onları çıxmağa çağırırlar.

Hadisə yerinə polis səfərbər edilib.

mənbə: interpress