İtaliya və Gürcüstan hökümətləri arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması üzrə razılaşma əldə olunub

Jun 3, 2025 - 12:30
 0  50
İtaliya və Gürcüstan hökümətləri arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması üzrə razılaşma əldə olunub

Roma səfəri çərçivəsində Gürcüstan xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili və Gürcüstanın İtaliyadakı polis attaşesi Vladimir Borçvadze İtaliya Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyində sürücülük vəsiqələrinin qarşılıqlı tanınması məsələsi ilə bağlı görüş keçiriblər.

Bu barədə  Gürcüstan Daxili İşlər Nazirliyi məlumat  yayıb.

Nazirliyin məlumatına görə, görüşdə tərəflər bu mövzunun əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, razılaşma İtaliyada yaşayan Gürcüstan vətəndaşlarına imtahan vermədən gürcü sürücülük vəsiqəsini italyan sürücülük vəsiqəsinə dəyişmək imkanı verəcək.

Tərəflər razılaşmanın məzmununu müzakirə ediblər və müvafiq prosedurların operativ şəkildə tamamlanmasından sonra sənədin imzalanmasına ümid ifadə ediblər. İtaliya tərəfi isə əməkdaşlığa tam hazır olduğunu bildirib.

Qeyd olunur ki, Gürcüstan və İtaliya arasında bu razılaşmanın imzalanması ilə bağlı intensiv danışıqlar artıq bir neçə ildir davam edir. Gürcüstanın oxşar razılaşmaları İspaniya, Yunanıstan və İrlandiya ilə artıq mövcuddur.

mənbə: interpress