Tbilisidə dəhşətli ailə qətli: Ana və oğlunu öldürən şəxs saxlanılıb

Mar 24, 2026 - 10:54
 0  8
Tbilisidə dəhşətli ailə qətli: Ana və oğlunu öldürən şəxs saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə ağır cinayət hadisəsi baş verib.

 Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) iki ailə üzvünü ağırlaşdırıcı hallarda qəsdən öldürməkdə ittiham olunan 1971-ci il təvəllüdlü D.R.-ni saxlayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs məişət zəminində yaranmış münaqişə zamanı öz anasına və qardaşına soyuq silahla (bıçaqla) döş qəfəsi nahiyəsindən ağır xəsarətlər yetirib. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Polis tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində D.R. şübhəli şəxs qismində yaxalanıb. Hüquq-mühafizə orqanları cinayət alətini maddi sübut kimi götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 (prim) 109-cu maddəsinin "l" və "k" bəndləri (Ailə üzvlərinə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

Bu maddə üzrə təqsiri sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.