Gürcüstandan kütləvi deportasiya: 105 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb

Mar 24, 2026 - 10:49
 0  14
Gürcüstandan kütləvi deportasiya: 105 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti digər müvafiq bölmələrlə sıx koordinasiyada həyata keçirdiyi son tədbirlər nəticəsində 105 əcnəbini ölkədən deportasiya edib. 

Xeber.ge xəbər verir kibu barədə DİN rəsmi məlumat yayıb.

Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində ümumilikdə 105 nəfər ölkədən kənarlaşdırılıb. Onların arasında aşağıdakı ölkələrin vətəndaşları var:

 Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Moldova, Hindistan, Çin, Türkmənistan, İordaniya, Banqladeş, Myanma, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Livan, Nepal, Mərakeş, Misir, Sudan və s.

Nazirliyin yaydığı statistik məlumatlarda qeyd olunur ki, cari ilin əvvəlindən bu günədək Miqrasiya Departamentinin əməkdaşları Gürcüstanda qanuni əsaslar olmadan qalan ümumilikdə 806 xarici ölkə vətəndaşının deportasiyasını təmin ediblər.

Qüvvədə olan qanunvericiliyə əsasən, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən daxil olmasına müəyyən müddətə qadağa qoyulub