Gürcüstan məktəblərində yeni tədris ili: Şagirdləri hansı yeniliklər və qaydalar gözləyir?

Sep 7, 2026 - 22:10
 0  22
Gürcüstan məktəblərində yeni tədris ili: Şagirdləri hansı yeniliklər və qaydalar gözləyir?
: :
playing

Gürcüstan məktəblərində yeni tədris ili yeniliklərlə başlayır. Şagirdləri yeni tədris ilində bir sıra dəyişikliklər və yenilənmiş qaydalar gözləyir.

XEBER.GE xeber  verir ki, mühüm məsələlərdən biri məktəb formaları ilə bağlıdır. Şagirdlər üçün tədris mühümündə vahid və səliqəli görkəmin yaradılması məqsədi daşıyan konkret geyim qaydaları müəyyən edilib.

Dəyişikliklər həmçinin mobil telefonların istifadəsinə də şamil olunur. Tədris prosesi zamanı şagirdlərin mobil telefonlardan istifadəsi məhdudlaşdırılacaq ki, dərslərdə diqqət tədris prosesinə yönəldilsin və diqqətin yayılması riski azaldılsın.

Məktəblərdə şagirdlərin təhlükəsizliyinə, intizama və müasir tədris mühitinin yaradılmasına xüsusi diqqət yetiriləcək.

Yeni tədris ili ərzində şagirdləri müxtəlif təhsil, maarifləndirici və mədəni tədbirlər də gözləyir.