Azərbaycanlı alimin Seyid Əli Hüseyni Xameneinin şəhadəti ilə bağlı bəyanatı

Mar 11, 2026 - 22:04
Mar 12, 2026 - 22:28
 0  342
Azərbaycanlı alimin Seyid Əli Hüseyni Xameneinin şəhadəti ilə bağlı bəyanatı
Azərbaycanlı alimin Seyid Əli Hüseyni Xameneinin şəhadəti ilə bağlı bəyanatı

 

Bəşər cəmiyyətinin mənəvi idealı və yeganə xilas yolu Qurani-Kərimin və Əhli -Beytin ruhi-psixoloji, sosial-ictimai, iqtisadi-hərbi, hüquqi-siyasi  dəyərlərini və prinsiplərini dövlət səviyyəsində yaşadan, AZADLIQ və ƏDALƏT rəmzi Həzrəti İmam Əli  məktəbinin ali və görkəmli nümayəndəsi, rəbbani rəhbər, sədaqətli sərkərdə, ləyaqətli lider, Seyid Əli Hüseyni Xameneinin ŞƏRƏFLİ ŞƏHADƏTİ münasibəti ilə İlahi İmam Həzrəti Muhəmməd Məhdi Bəqiyyətullaha və mömin müsəlman qardaşlara, həmçinin dünya ölkələrinin haqpərvər, azadlıqsevər insanlarına dərin hüzünlə başsağlığı bildirirəm.

 

Azərbaycanın qeyrətli oğlu Şah İsmayıl Xətainin simasında meydana gələn Səfəvilər dövlətinin varisi olaraq dövlətçilik təməli İmam Əli xəttinə əsaslanan İran İslam Respublikasının indiyəqədərki fəaliyyət fəlsəfəsi və məramı isbat etdi ki, (dövlətləri qorxuya salan) koloniyal kapitalistlərin, kriminogen aktorların zəpt etdiyi ABŞ və İzrailin uzunmüddətli iqtisadi-geopolitik mədəni-mənəvi təsirlərinə, təzyiqlərinə, nəhayət, koalisiyon hərbi təcavüzlərinə rəğmən İslam dövləti və onun siyasi sistemi sabit və səfərbərdir.

 

“Dövlətlərin suverenlik hüququ”una məhəl qoymayan beynəlxalq şər quvvələrin (digər müsəlman ölkələrində yaratdıqları kimi) İranda vətəndaş müharibəsi yaratmaq, bununla da çirkin niyyətlərinə, mənfur maraqlarına çatmaq cəhdləri puç olduğuna görə dövlət səviyyəsində diplomatik-hərbi-siyasi terror (fikrimcə tarixdə MİNAB MƏKTƏBİ kimi qalacaq müharibə cinayəti) etməklə çox sayda azyaşlı məktəbli qız uşaqlarını qəsdən, məqsədyönlü şəkildə, planlı surətdə kütləvi qırmaq kimi elan edilməmiş müharibəyə başladılar.

 

Bir zaman (T.Ceferson dövrü) üzərinə xilaskərlıq missiası götürən, lakin illərdir ki, bir sıra ölkələri xarabalığa çevirən, hazırda bütün dünyaya təhlükə yaradan “beynəlxalq hüquq”un bütün norma və prinsiplərini pozan “neoimperialist” ABŞ və onun Orta Şərqdə qondardığı satanist-sionist-terrorist rejimin irimiqyaslı hərbi təcavüzü qarşısında ali liderinin şanlı şəhadəti, möhtəşəm matəmi üzərində birləşib  Quran və Əhli-Beytə sədaqətini saxlayan, bununla da daxili strukturunu, milli bütövlüyünü, qoruyan, HAQQ düşmənlərini təşvişə salan qeyrətli, mərd, mübariz, dözümlü, dəyanətli və ŞƏRƏFLİ Cənub Azərbaycanlı soydaşlarımı,  ümumilikdə İran xalqını alqışlayır, onlara Yaradandan yardım diləyir, Azərbaycan elmi elitası adından mənəvi-insani dəstəyimi bildirirəm.

 

Dərin hörmət və ehtiramla:

Dr. R.Ruşanzadə.

Siyasi elmlər üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi.