Tbilisidə 'qanuni oğru'nun qardaşının qətli ilə bağlı məhkəmədə kütləvi dava

Feb 18, 2026 - 18:13
 0  17

Tbilisi Şəhər Məhkəməsinin qarşısında baş verən fiziki qarşıdurma faktı ilə bağlı polis tərəfindən ümumilikdə 15 nəfər saxlanılıb.

Xeber.ge xeber  verir ki, bu xəbəri Daxili İşlər Nazirliyi təsdiqləyib.

Hadisə "qanuni oğru"nun qardaşı Levan Canqveladzenin qətlini təşkil etməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi zamanı baş verib. Məhkəmənin həyətində qətlə yetirilmiş Levan Canqveladzenin yaxınları ilə təqsirləndirilən Mikadze qardaşlarının tərəfdarları arasında əlbəyaxa dava düşüb.

Qeyd edək ki, bu, sözügedən səs-küylü qətl işi üzrə məhkəmə iclasının qarşıdurma ilə müşayiət olunduğu artıq üçüncü hadisədir. Canqveladze və Mikadze ailələrinin tərəfdarları arasında oxşar insident dünən də məhkəmə binasının qarşısında qeydə alınıb.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, faktla bağlı araşdırma aparılır.