Sürücülərin nəzərinə: Yeni cərimələr və balların silinməsi qaydası qüvvəyə minir

Mar 17, 2026 - 21:10
 0  76
Sürücülərin nəzərinə: Yeni cərimələr və balların silinməsi qaydası qüvvəyə minir

Gürcüstan Parlamenti Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış qanunvericilik dəyişiklikləri paketini üçüncü oxunuşda qəbul edib.

 Xeber.ge xeber  verir ki,  yeni dəyişikliklərlə yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyət artırılıb və mövcud sanksiyalar sərtləşdirilib.

"İnzibati Xətalar Məcəlləsi"nə edilən düzəlişlər 84 lehinə səslə, yekdilliklə qəbul olunub.

Dəyişikliklərə əsasən, aşağıdakı qayda pozuntuları üzrə cərimələr və balların silinməsi tətbiq ediləcək:

  • Manevr qaydalarının pozulması: 100 lariyədək cərimə və sürücülük vəsiqəsindən 20 balın silinməsi;
  • Sürət həddinin aşılması: 100 lariyədək cərimə;
  • Təhlükəsizlik kəmərindən istifadə etməmə və sükan arxasında telefondan istifadə: 50 lari cərimə və 10 balın silinməsi;
  • Dayanma-durma qaydalarının pozulması: Təkcə Tbilisidə deyil, digər iri şəhərlərdə və kurort zonalarında da cərimə məbləği 50 lariyə qaldırılır;
  • Avtobus zolağı (BUS LANE): Xüsusi zolaqda hərəkət istiqamətinin əksinə sürmək 200 lari cərimə ilə nəticələnəcək;
  • Səki və piyada keçidləri: Səkidə və ya piyada keçidində parklanma 100 lari cərimə və avtomobilin evakuasiyası ilə nəticələnəcək.

Xüsusilə "drift" edən sürücülərə qarşı sanksiyalar kəskinləşdirilib. Əmlaka və ya şəxsə zərər yetirildiyi halda, sürücü 500 lari cərimə olunacaq və sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq.

Bundan başqa, yol və infrastrukturun zədələnməsi, təhlükəsizlik qaydalarının pozulmasına görə cərimələr 2 000 lari ilə 5 000 lari arasında müəyyən edilib.