Bakida 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Feb 26, 2026 - 12:54
Feb 26, 2026 - 12:56
 0  3
Bakida 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

 

 Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.

Xeber.ge xəbər verir ki, hadisə "Kristal Abşeron" kompleksində baş verib.

Saat 2 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.

O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

mənbə: oxu.az