Cenevrədə İran-ABŞ nüvə danışıqlarının 3-cü raundu başlayıb

Feb 26, 2026 - 13:01
 0  7
Cenevrədə İran-ABŞ nüvə danışıqlarının 3-cü raundu başlayıb

Cenevrədə İranla ABŞ arasında dolayı nüvə danışıqları başlayıb.

Xeber.ge xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqların üçüncü raundunda iştirak etmək üçün Omanın Cenevrədəki səfirliyinə gedib.

ABŞ tərəfini Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edir.

Görüş İranın nüvə sənədinə həsr olunub.

mənbə: apa.az