"Dünya bazarındakı gərginlik Gürcüstanın yanacaq bazarına zərbə vurdu: Yeni qiymətlər"
Yaxın Şərqdə baş verən hadisələr və dünya bazarında neftin qiymətinin rekord həddə yüksəlməsi fonunda Gürcüstanın yanacaqdoldurma məntəqələrində (YDM) qiymət artımı müşahidə olunur.
Xeber.ge xəbər verir ki,
Dizel yanacağı daha çox bahalaşıb Məlumata görə, müxtəlif şəbəkələrdə qiymətlər 2-12 tetri arasında artıb. Ən kəskin artım isə dizel yanacağında qeydə alınıb — bəzi şəbəkələrdə dizelin qiyməti 18 tetri yüksəlib.
· Wissol: Son bir həftədə qiymətlər növündən asılı olaraq 15-18 tetri artıb.
o Eko Super – 3.69 ₾ (+15 tetri)
o Eko Premium – 3.25 ₾ (+15 tetri)
o Eko Dizel / Avro Dizel – 3.38-3.41 ₾ (+18 tetri)
o Avro Regular – 3.12 ₾ (+15 tetri)
· Gulf: Martın 9-dan etibarən bütün növ yanacaqlar 6-8 tetri bahalaşıb.
o G-Force Premium – 3.13 ₾ (+6 tetri)
o Avro Regular – 2.97 ₾ (+5 tetri)
o Avro Dizel – 3.15 ₾ (+12 tetri)
· Socar:
o Nano Super – 3.55 ₾
o Nano Premium – 3.15 ₾
o Nano Avro Regular – 2.95 ₾
o Avro 5 Dizel – 3.08 ₾
· Rompetrol və Lukoil:
o Super növü – 3.59 ₾
o Premium növü – 3.15 ₾
o Avro Regular – 3.04 ₾
o Avro Dizel – 3.10 ₾
Ekspertlər bildirirlər ki, qlobal neft bazarındakı qeyri-stabillik Gürcüstanın daxili bazarına təzyiqi artırmaqda davam edir.