Aleko Elisaşvili saxlanıldı
Daxili İşlər Nazirliyinin əməkdaşları “Güclü Gürcüstan” siyasi birliyinin liderlərindən biri olan Aleko Elisaşvilini saxlayıblar.
Məlumatı "Vətəndaşlar" Partiyasının mətbuat xidməti təsdiqləyib.
“Müxalifət partiyalarının görüşündən sonra otelin yaxınlığında təxribatçılar, "tituşkalar" səfərbər edilib. Heç kim onların təxribatını başa düşmədi. Aleko Elisaşvili tamamilə sakitcə çıxdı, bu zaman xüsusi təyinatlılardan ibarət dəstə onun yanına gələrək güc tətbiq edərək onu sürüyüb apardılar”, - “Vətəndaşlar” partiyasının mətbuat xidmətinin nümayəndəsi Tamar Qedevanişvili bildirib.
mənbə: interpress