Batumidə dənizdə itkin düşən qadın axtarılır

Aug 30, 2026 - 17:48
 0  5
Batumidə dənizdə itkin düşən qadın axtarılır
: :
playing

Acarıstanda artıq ikinci gündür ki, dənizdə itkin düşən qadın axtarılır. Axtarış-xilasetmə əməliyyatı Batumidə, Köhnə Bulvar yaxınlığındakı sahil zolağında aparılır.

XEBER.GE xeber  verir ki, Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, itkin düşən şəxsin tapılması üçün axtarış işləri hazırda da aktiv şəkildə davam etdirilir.

Yayılan məlumata görə, itkin düşən şəxs Gürcüstan vətəndaşıdır. Qadın avqustun 29-da dənizə girib və bundan sonra sahilə qayıtmayıb. Onun axtarışına elə həmin gün başlanılıb və indiyədək nəticəsiz davam edir.