Zugdididə qazdoldurma məntəqəsində güclü partlayış-VİDEO
Zugdididə, Çitatsqari kəndində qazdoldurma Məntəqəsi partlayıb. Mövcud məlumatlara görə, iki nəfər xəsarət alıb. Yerli sakinlər sosial şəbəkələrdə yazırlar ki, partlayış səsi o qədər güclü olub ki, bütün şəhərdən eşidilib.
XEBER.GE xeber verir ki, yanğın bir neçə obyektə, o cümlədən yaşayış evinə ziyan vurub. Binaların fasadları dağılıb və bir neçə avtomobil yanıb. Zədələnmiş infrastrukturlar siyahısında tanınmış yanacaqdoldurma məntəqələrindən biri də var.
Hazırda hadisə yerində yanğınsöndürmə-xilasetmə qrupu işləyir, patrul polisi səfərbər olunub.
Hələlik ölüm faktı barədə məlumat yayılmayıb.