İran raketlərin üstünə İspaniyanın baş nazirinin şəkillərini yapışdırmağa başlayıb - VİDEO
İran qüvvələri İspaniyanın Baş naziri Pedro Sançesin şəkillərini raketlərə yapışdıraraq onlara dəstəyinə görə təşəkkür etdiklərini bildiriblər.
Xeber.ge xəbər verir ki, bu barədə "The Daily News" məlumat yayıb.
"Əlbəttə ki, bu müharibə yalnız qanunsuz deyil, həm də qeyri-insani hərəkətdir. Təşəkkür edirik, baş nazir", - Sançesin İran raketinə yapışdırılmış şəklinin altındakı yazıda deyilir.
Xatırladaq ki, İspaniyanın Baş naziri Pedro Sançes ölkəsinin sülhə zərərli və dəyərlərinə zidd hesab etdiyi hərəkətləri dəstəkləməyəcəyini bildirmişdi.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
mənbə: oxu.az