Qan şəkərinin stabilləşdirilməsi üçün ən yaxşı qida açıqlandı

Feb 22, 2026 - 13:17
 0  3
Qan şəkərinin stabilləşdirilməsi üçün ən yaxşı qida açıqlandı

Sardina balığı qan şəkərini nəzarətdə saxlayan insanlar üçün faydalı məhsul hesab olunur.

Xeber.ge xeber  verir ki, "Health" jurnalının araşdırmalarında bu barədə bildirilir.

Qeyd olunub ki, sardinanın tərkibində sadə karbohidratlar yer almır, bu da yeməkdən sonra şəkər artımını əngəlləyir.

Balığın tərkibindəki "Omeqa-3" yağ turşuları iltihabı azaldır və insulin həssaslığını yaxşılaşdırır, maqnezium və D vitamini şəkər səviyyəsini stabilləşdirir, taurinin isə insulinə reaksiya effektivliyini artırır.

2021-ci ildə 152 nəfər arasında aparılan birillik tədqiqat göstərib ki, həftədə təxminən 200 qram sardina yeyənlərdə diabet riski 37%-dən 8%-ə düşüb.