Batumidə dəhşətli hadisə: Qadın yeni doğulmuş körpəsinin boğazını kəsib

Feb 22, 2026 - 18:18
 0  13
Batumidə dəhşətli hadisə: Qadın yeni doğulmuş körpəsinin boğazını kəsib

Batumidəki "Medina" sağlamlıq mərkəzində dəhşətli cinayət hadisəsi baş verib. Klinikanın əməkdaşı olan qadın gizli şəkildə övlad dünyaya gətirərək, körpənin boğazını kəsib.

Xeber.ge xeber  verir ki, faktı Daxili İşlər Nazirliyi təsdiqləyib.

"Medina" klinikasının direktoru Cumbur Unqiadze "TV Pirveli"yə hadisənin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, klinikanın sanitariya işçisi olan qadın gecə saatlarında sanitar qovşağında doğuş həyata keçirib:

"Gecə tualetə girib və orada doğub. Sonra körpənin boğazını kəsib. Səs-küy düşəndə və o, tualetdən çıxmayanda hadisədən xəbər tutduq. Qadın özü də çoxlu qan itirib. Körpə sağdır, amma vəziyyəti ağırdır, boğaz nahiyəsində dərin kəsik var. Hazırda ana ilə psixiatr işləyir, özünə qəsd etməməsi üçün başına mühafizə qoymuşuq".

Məlumata görə, qadın yeni doğulmuş körpəni boğaz və üz nahiyəsindən yaraladıqdan sonra polietilen paketə yerləşdirərək ondan qurtulmağa çalışıb. Körpə dərhal həmin klinikanın reanimasiya şöbəsinə yerləşdirilib və üzərində təcili cərrahi əməliyyat aparılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 11 prim (ailə üzvünə qarşı cinayət) və 19-109-cu (yeni doğulmuş körpəni qəsdən öldürməyə cəhd) maddələri ilə istintaq aparılır.