İtaliya mediası: 35 yaşlı gürcü çanta oğurluğuna görə həbs edilib

Sep 8, 2026 - 12:58
 0  12
İtaliya mediası: 35 yaşlı gürcü çanta oğurluğuna görə həbs edilib

İtaliyada 35 yaşlı gürcü kişi bosniyalı şəxsin içərisində 2000 avro məbləğində pul və şəxsi əşyalar olan çantasını oğurlayıb.

XEBER.GE xeber  verir ki, İtaliya mediasının məlumatına görə, kişi restorandakı vəziyyəti diqqətlə izləyir və mübahisə ilə başlayıb qovhaqovla bitən qarşıdurmadan istifadə edib.

Təqsirləndirilən şəxs oğurluqdan sonra qaçmağa çalışarkən hüquq-mühafizə orqanları onu qapıda dayandıraraq saxlayıblar.

Məlumatı "veneziatoday.it" yayıb.