Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı

Sep 8, 2026 - 11:57
 0  21
Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı

Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Partsxaladze Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyada "Georgievski" adlı beynəlxalq bölmə yaradıb.

Bu barədə "European Pravda" məlumat yayıb.

ABŞ, Böyük Britaniya və Ukraynanın sanksiyaları altında olan keçmiş gürcü rəsmisi Rusiya-Ukrayna müharibəsində könüllü olaraq Rusiya Federasiyasının tərəfində döyüşmək qərarına gəldiyini bildirib.

Romanov-Partsxaladze yeni yaratdığı "Georgievski" bölməsinə rəhbərlik edəcək.

O, qrupun adının 1783-cü il Georgiyevsk müqaviləsi ilə əlaqəli olduğunu və bu müqaviləyə əsasən Gürcüstanın Kartli-Kaxeti krallığının Rusiya imperiyasının protektoratı altına keçdiyini açıqlayıb.

 

mənbə: publika