İsrail Fələstin xalqını bombalar və aclıqla qətliam edir

Sep 12, 2025 - 11:19
 0  4
İsrail Fələstin xalqını bombalar və aclıqla qətliam edir

İsrailin günahsız Fələstin xalqına qarşı hərbi cinayətləri, qətliamları, soyqırımı davam edir.

Xeber.ge xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi İsrailin cinayətlərinin qurbanına çevrilmiş insanlarla bağlı yenilənmiş məlumatları dərc edib.

Belə ki, son 24 saat ərzində 1-i uşaq olmaqla, daha 7 qəzzalı da aclıqdan həyatını itirib. Beləlilə də, 142-si uşaq olmaq, artıq 411 nəfər qida çatışmazlığından dünyasını dəyişib.

Bundan başqa, İsrail ordusu son sutkada daha 72 dinc fələstinlini qətlə yetirib, 356 nəfər isə yaralayıb. Bununla da, İsrailin 2023-cü il 7 oktyabrdan bəri öldürdüyü günahsız Qəzza sakinlərinin sayı 64 718 nəfərə, xəsarət alanların sayı isə 163 859 nəfərə çatıb.

Xatırladaq ki, İsrailin öldürdüyü dinc qəzzalıların böyük əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Həmçinin 10 minə yaxın Qəzza sakini itkin düşüb.

İsrail ordusu Qəzzanı ağır şəkildə bombardman edir, bölgəyə qarşı hərtərəfli blokada – havadan, sudan və qurudan mühasirə tətbiq edərək bölgədə humanitar fəlakətə, aclıq, susuzluğa səbəb olur.

mənbə: azshafaqna.com