İsrail əsgəri Məsihin heykəlini sındırdı
İsrail əsgəri Livanın cənubundakı Dibel kəndində İsa Məsihin heykəlini sındırıb.
Xeber.ge xəbər verir ki, bu barədə “Lebanon Debate” məlumat yayıb.
“İsrail əsgəri Livanın cənubunda keçirilən basqın zamanı İsa Məsihin heykəlinin başını sındırıb. Bu, vandalizm sosial mediada yayılıb və bir çox istifadəçi arasında qəzəb və hiddətə səbəb olub”, - məlumatda deyilib.
Qeyd edək ki, hadisəyə şərh verən İsrail ordusu bu cür hərəkətlərin İsrail silahlı qüvvələrinin prinsiplərinə uyğun olmadığını və hadisə ilə bağlı araşdırma aparılacağını bildirib.
mənbə: axar.az