İran-ABŞ danışıqlarının 3-cü raundu bu ölkədə olacaq

Apr 20, 2025 - 12:30
 0  24
İran-ABŞ danışıqlarının 3-cü raundu bu ölkədə olacaq

İran xarici işlər naziri Abbas Arakçı və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun iştirakı ilə İran və ABŞ arasında dolayı danışıqların növbəti mərhələsi aprelin 26-da keçiriləcək.

Xeber.ge xəbər verir ki, bu barədə Arakçı İranın dövlət televiziyasına müsahibəsində bildirib.

"Gələn şənbə günü biz ekspertlərin işinin nəticələrini müzakirə etmək üçün Omanda yenidən görüşəcəyik", - Arakçı bildirib.

Qeyd edək ki, bu gün İran-ABŞ danışıqlarının ikinci raundu Romada keçirilib.

mənbə: axar.az