İran-ABŞ danışıqlarının 3-cü raundu bu ölkədə olacaq

İran xarici işlər naziri Abbas Arakçı və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun iştirakı ilə İran və ABŞ arasında dolayı danışıqların növbəti mərhələsi aprelin 26-da keçiriləcək.
Xeber.ge xəbər verir ki, bu barədə Arakçı İranın dövlət televiziyasına müsahibəsində bildirib.
"Gələn şənbə günü biz ekspertlərin işinin nəticələrini müzakirə etmək üçün Omanda yenidən görüşəcəyik", - Arakçı bildirib.
Qeyd edək ki, bu gün İran-ABŞ danışıqlarının ikinci raundu Romada keçirilib.
mənbə: axar.az