"İman" Müəssisəsi Seyyid Əli Xameneinin şəhadəti münasibətilə başsağlığı verdi
Başsağlığı Bəyanatı
Böyük İslam alimi, müctəhid və İslam dünyasının görkəmli rəhbərlərindən biri olan Seyyid Əli Xamenei-nin vəfatı xəbəri bizi dərin hüzn və kədərə qərq etdi.
Ömrünü İslam dininin yayılmasına, Qurani-Kərimin dəyərlərinin qorunmasına, müsəlmanların birliyinə və məzlum xalqların müdafiəsinə həsr etmiş bu böyük şəxsiyyətin itkisi yalnız bir ölkə üçün deyil, bütün İslam ümməti üçün ağır bir itkidir.
O, illər boyu elmi, siyasi və mənəvi rəhbərliyi ilə İslam dünyasında mühüm rol oynamış, haqq və ədalətin müdafiəsində daim qəti mövqe sərgiləmişdir.
Onun rəhbərliyi dövründə İslam dəyərlərinin qorunması, müqavimət ruhunun gücləndirilməsi və müsəlman xalqlarının hüquqlarının müdafiəsi istiqamətində göstərdiyi xidmətlər tarixdə qalacaq və gələcək nəsillər üçün örnək olacaqdır.
İman Mədəni-Maarif müəssisəsi tərəfindən bu ağır itki münasibətilə mərhumun ailəsinə, yaxınlarına, İran İslam Respublikasının xalqına, eləcə də bütün İslam ümmətinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan mərhuma rəhmət, məqamının ucalığını və onun ruhunu salehlər və şəhidlər sırasında qərar verməsini diləyirik.
Allah-taala İslam ümmətinə səbir versin və mərhumun yolunu davam etdirən layiqli davamçılar nəsib etsin.
Amin.