Söhbət xüsusilə böyük məbləğdə əsaslandırılmamış vəsaitin — 60 milyardadək rus rublunun — toplanmasından və Azərbaycandan gətirilməsindən gedir

Prokurorluq pul yuyulması işi üzrə saxlanılan Kaxa Kotoraşvili barəsində qətimkan tədbiri kimi həbsin seçilməsini tələb edir.
“Biz mürəkkəb cinayət sxemi ilə üz-üzəyik. Misilsiz miqdarda pul yuyulub,” — deyə prokuror Zıniko Kobaxia bildirib.
İttiham tərəfinin sözlərinə görə, söhbət xüsusilə böyük məbləğdə əsaslandırılmamış vəsaitin — 60 milyardadək rus rublunun — toplanmasından və Azərbaycandan gətirilməsindən gedir.
Prokurorluq qeyd edir ki, söhbət qrup halında törədilmiş cinayətdən gedir və işin digər figurantı kimi Eldar Hüseynovun adını çəkir.
Xatırladaq ki, dünən, sentyabrın 16-da prokurorluq açıqlama yayaraq bildirmişdi ki, 2022–2024-cü illərdə xüsusilə böyük məbləğdə – 624 milyon ABŞ dolları və 35 milyon avro həcmində qanunsuz gəlirin leqallaşdırılması faktı aşkarlanıb və bu səbəbdən bir nəfər saxlanılıb. Lakin prokurorluq saxlanılan şəxsin ad və soyadının baş hərflərini açıqlamayıb və buna görə də həmin vaxt onun kimliyi məlum deyildi.
Prokurorluğun açıqlamasında qeyd olunub ki, pul yuyulması ittihamı ilə saxlanılan şəxs ictimaiyyət üçün tanınmış şəxs deyil.
“Yüksək ictimai marağı nəzərə alaraq, hazırda yalnız onu deyə bilərik ki, saxlanılan şəxs ictimaiyyətdə tanınmış şəxs deyil”, – deyə prokurorluq bildirib.
“TV Pirveli”nin məlumatına görə, böyük məbləğdə pul yuyulması ittihamı ilə saxlanılan şəxs “Fini” şirkətinin direktoru Kaxa Kotoraşvilidir.
Telekanalın məlumatına əsasən, istintaq Kaxa Kotoraşvilidən ona pul yuyulmasını tapşıran şəxslərin adlarını açıqlamasını tələb edir.
“Formula”ya Kaxa Kotoraşvilinin atası təsdiqləyib ki, oğlunu dünən saxlayıblar, lakin səbəbini bilmir.
“Biz işin mahiyyətindən xəbərsizik. Bəli, [valyutadəyişmə köşkü var]. Mən nə deyim sizə?
Elə bilinir ki, 625 milyonum var? ” – deyə Kaxa Kotoraşvilinin atası bildirib.
Onun sözlərinə görə, böyük məbləğdə pulun götürülməsi barədə məlumatı yoxdur.
“Evdə gəlmişdilər, amma bizdə pul yox idi, nəyi aparacaqdılar ki? Oradan [iş yerindən] götürüblərsə, bilmirəm. Gəldilər, evi axtardılar, bir sənəd tapdılar və onu apardılar. İş yerindən saxladılar”, – deyə Kaxa Kotoraşvilinin atası bildirib.
mənbə: marneulifm.ge