Hipertoniyaya qarşı təbii "silah" açıqlandı
Çuğundur şirəsi dərman qəbul etmədən arterial təzyiqi aşağı sala bilər.
Xeber.ge xeber verir ki,
Həkim hipertoniyadan əziyyət çəkən şəxslərə bu içkini rasionlarına daxil etməyi tövsiyə edib.
Tosin Sotubo-Adjayinin sözlərinə görə, çuğundur şirəsi yüksək nitrat tərkibinə görə bəzi qan təzyiqi dərmanları qədər effektiv ola bilər. Bu maddələr, həmçinin kələm və digər yarpaqlı göyərtilərin tərkibində də mövcuddur. Buna görə də həmin məhsulların menyuya daxil edilməsi faydalıdır.
"Çuğundur şirəsini sevirəm, baxmayaraq ki, onun özünəməxsus dadı var. Tədqiqatlar göstərib ki, bu içkidən gündə bir stəkan qəbul etmək qan təzyiqinin azalmasına kömək edə bilər", - deyə həkim bildirib.
O vurğulayıb ki, bu istiqamətdə aparılan araşdırmalar məhdud sayda iştirakçı üzərində həyata keçirilib və bu üsul hərtərəfli müalicəni əvəz etmir. Bu səbəbdən içkinin əsas terapiyaya əlavə kimi istifadə olunması və həkimlə məsləhətləşmədən təyin olunmuş dərmanların dayandırılmaması tövsiyə edilir.
mənbə: oxu.az