Elektron siqaretlərin ən təhlükəlisi açıqlandı

Nov 12, 2024 - 11:11
 0  8
Elektron siqaretlərin ən təhlükəlisi açıqlandı

Kanadada aparılan araşdırmaya görə, meyvə ətirli elektron siqaretlərin, xüsusilə böyürtkən ətirlilərin ağciyərlərə ən çox zərər verdiyi müəyyən edilib.

Xeber.ge xəbər verir ki, McGill Universitetindən bir qrup alimin apardığı araşdırma zamanı məlum olub ki, meyvə ətirli siqaretlər ağciyərlərin təbii müdafiəsini zəiflədir və bədənin zərərli mikrobların qarşısını almasını çətinləşdirir.

Araşdırmalara görə, meyvə ətirli elektron siqaretlərin tərkibindəki kimyəvi komponentlər ağciyər hüceyrələrində müdafiə yollarını bağlayır.

Bu vəziyyət orqanizmin zərərli mikroblara qarşı müdafiəsini zəiflədir və xüsusilə ağciyərlərdə immun hüceyrələrin hərəkətlərini dəyişir.

Tədqiqatda siçanlar üzərində aparılan testlər böyürtkən dadlı buxarların ağciyər immun hüceyrələrini iflic etdiyini və onların bakteriyalara qarşı müdafiəsinə mane olduğunu üzə çıxarıb.

Bu isə öz növbəsində siçanlarda sağ qalma müddətinin azalmasına səbəb oldu. Tədqiqatçılar hansı kimyəvi komponentlərin bu zərərli təsirlərə səbəb olduğunu müəyyən etmək üçün işlərini davam etdirirlər.

mənbə: baku.ws