Başına “qəfəs” taxıb qıfılladı – QƏRİBƏ HADİSƏ

Türkiyəli kişi pis vərdişdən – siqaret asılılığından qurtulmaq üçün qeyri-adi üsula əl atıb.
Xeber.ge xəbər verir ki, 3 uşaq atası olan İbrahim Yücel 26 ildir ki, siqaret asılılığından əziyyət çəkdiyini və hər gün 2 qutu siqaret çəkdiyini deyib.
O, motosiklet dəbilqəsindən ilhamlanaraq başı üçün teldən xüsusi qəfəs düzəldib. 2 qıfılı olan “qəfəs” sayəsində siqaret çəkmədiyini bildirib. O, evdən çıxarkən “qəfəsi” taxdığını və açarlardan birini həyat yoldaşına, digərini isə qızını verdiyini əlavə edib.
“Atam siqaret səbəbilə ağciyər xərçənginə tutularaq həyatını itirdi. Dəfələrlə siqareti tərgitməyə çalışmışam. Hər dəfəsində də nəticəsiz oldu. İradə göstərə bilmədim, təəssüf ki. Nəfsim məni özünə əsir etmişdi. Bunun daha belə davam etməyəcəyini, özümə güvənimin qalmadığını anladım və nə cür olursa-olsun, bu siqareti atmalı olduğunu düşündüm. Bir dəfə düşünərkən nəfsimi həbs etmək, nəfsimə mane olmaq vaxtının gəlib çatdığına dair qərara gəldim. Motosiklet dəbilqəsindən ilhamlanaraq teldən qəfəs düzəltdim“, – deyə o qeyd edib.
mənbə:az.shafaqna.com