Ağ Ev görüşün saatını açıqladı
 
                                Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ankoricdə görüşü bu gün Tbilisi vaxtı ilə saat 23:00-da başlayacaq.
Xeber.ge xəbər verir ki, bu məlumat Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan cədvəlində bildirilir.
Cədvəldə həmçinin göstərilir ki, Tbilisi vaxtı ilə saat 18:45-də Tramp Ağ Evdən Alyaskaya, Ankoricə yola düşəcək.
mənbə: qafqazinfo.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            