Hakim "Gürcü arzusu" Partiyası yerli seçkilərdə qələbəsini elan edib

Hakim "Gürcü arzusu" Partiyası keçirilən yerli seçkilərdə birinci turda qalib gəlib.
Partiyanın rəsmi "Facebook" səhifəsində yayılan açıqlamada qeyd olunur:
"Gürcü Arzusu bütün bələdiyyələrdə ilk turda seçkilərdə qalib gəldi. Dörddə başladıq, dörddə bitirdik."
Partiya rəhbərliyi seçkilərin nəticəsini xalqın hakim partiyaya olan etimadının göstəricisi kimi qiymətləndirib və Gürcüstanın sabitlik və inkişaf yolunda irəliləməyə davam edəcəyini bildirib.
mənbə: report