İgoeti yaxınlığında qəza: Piyada qadın həlak oldu

Aug 2, 2026 - 21:04
 0  24
İgoeti yaxınlığında qəza: Piyada qadın həlak oldu

İgoeti yaxınlığında, avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada qadın yerindəcə dünyasını dəyişib.

XEBER.GE  “Tabula”ya Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaqa başlanılıb. Bu maddə nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insanın ölümünə səbəb olmağı nəzərdə tutur.