Tbilisidə xarici vətəndaşı soyub döyən 2 şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin bəyanatına görə, Tbilisidə qrup halında zorakılıqla soyğunçuluq etmək ittihamı ilə iki nəfər saxlanılıb.
XEBER.GE xəbər verir ki, Qurumun bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Tbilisidə, küçələrin birində xarici ölkə vətəndaşına fiziki təzyiq göstərərək onun mobil telefonlarını və pulunu ələ keçirib, bundan sonra isə hadisə yerindən qaçıblar.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində cinayəti törədən 2 şəxsi isti izlərlə saxlayıblar. Faktla bağlı aktiv istintaq tədbirləri davam etdirilir", — DİN bildirir.
İstintaq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə aparılır ki, bu da 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.