Gürcüstanın yeni iqtisadiyyat naziri təyin olunub

Jun 24, 2025 - 22:50
 0  34
Gürcüstanın yeni iqtisadiyyat naziri təyin olunub

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri postuna Mariam Kvrivişvili təyin edilib.

Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.

Baş nazir bildirib ki, Mariam Kvrivişvili artıq ictimaiyyətə yaxşı tanınır və onun əlavə təqdimata ehtiyacı yoxdur:

“Kvrivişvili uzun illərdir iqtisadiyyat və aviasiya sahəsində fəaliyyət göstərir, nazir müavini kimi özünü təsdiqləyib. Əminəm ki, o, bu vəzifədə də uğur qazanacaq.”

mənbə: report